Vəzifələr:
- Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;
- Yükləri anbara qəbul edərkən, yüklərin faktiki miqdarını, eləcə də məhsulun vəziyyətini yoxlamaq;
- Anbara verilən sorğuları vaxtı-vaxtında və tam şəkildə cavablandırmaq;
- Qaimə və hesab fakturalar əsasında anbardakı prosesləri həyata keçirmək;
- Müştərilərin sifarişlərinə görə məhsulların dəstlərə komplektləşdirilməsi;
- Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunun aparılması;
- Malların anbara səliqəli və müvafiq qaydalara uyğun şəkildə yığılmasını təmin etmək;
- Malların təhlükəsizliyindən cavabdeh daşımaq;
- Hər ayın sonu anbarda olan malların inventarlaşdırmasında iştirak etmək;
- Anbarda olan məhsulların sayını və hesabatını rəhbərliyə təqdim etmək;
- Məsuliyyətində olan bütün anbarların təmiz, səliqli və nizamlı saxlanmasını icra etmək;
- Rəhbərliyin verdiyi tapşırıqların icra etmək.
Tələblər:
- Təhsil dərəcəsi: Tam orta təhsil (Ali təhsil olması üstünlükdür).
- Yaş həddi: 25–45;
- Cinsi: Kişi;
- Komputer bilikləri: MS Office - əla;
- Dil bilikləri: Azərbaycan-səlis;
- Təcrübə: Müvafiq sahədə minimum 1il iş təcrübəsi;
Fərdi keyfiyyət göstəriciləri:
- Diqqətcil;
- Komanda ilə işləmə bacarığı;
- İdarəetmə qabiliyyəti;
- Gərgin iş tempinə uyğunlaşa bilən.
Şirkət təklif edir:
- 6 günlük iş rejimi;
- Şirkət nömrəsi və danışıq paketi.
- Əmək haqqı 1.100 Manat
- Peşəkar inkişaf və irəliləyiş
- Rəsmi qeydiyyat
- İş günü: 6 günlük, həftədə 1 gün istirahət
- Nahar şirkət tərəfindən verilir